Show TV-də yayımlanan və reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialı bu dəfə aktrisa ayrılığı ilə gündəmə gəlib. Serialda "Pembe" obrazını canlandıran Sibel Taşçıoğlu ötən mövsümdə layihəyə vida etmişdi. Onun ayrılığı ilə bağlı son günlər sosial mediada müxtəlif iddialar irəli sürülüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taşçıoğlunun ayrılığının səbəbi həmkarı Feyza Civelek ilə gərginlik yaşaması olub. Hətta sosial şəbəkələrdə "divana təbii ehtiyacını ödəyib" və "şillə" kimi qalmaqallı iddialar da geniş yayılıb. İddialara görə, Civelek çəkiliş meydanında xoşagəlməz hərəkət edərkən Taşçıoğlu onu yaxalayıb və şillə vurub.
Bütün bu söz-söhbətlərə cavab olaraq serialın prodüseri Gold Film rəsmi açıqlama yayıb. Şirkət iddiaların əsassız və həqiqəti əks etdirmədiyini bildirib:
"Son günlər sosial mediada serialımızın aktyorları ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. 'Pembe' obrazının hekayəsi öz axarında tamamlandığı üçün aktrisamız layihədən ayrılıb. Bu ayrılıqdan beş ay sonra ortaya atılan əsassız söz-söhbətlərin serialımıza zərər verməyə yönəldiyi açıq şəkildə görünür. Tamaşaçılardan bu cür yalnış məlumatlara inanmamalarını xahiş edirik."
Beləliklə, rəsmi açıqlamaya görə, Sibel Taşçıoğlunun serialdan ayrılması tamamilə ssenarinin gedişi ilə bağlıdır və kulis iddialarının heç bir əsası yoxdur.
Lalə Qüdrətova
Milli.Az