Türkiyədə güclü partlayış - 4 yaralı var - ANBAAN VİDEO

22 Sentyabr 2025 18:12

Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlayış baş verib.

Milli.Az xəbər verir ki, hadisə Antalya vilayətinin Demre bölgəsində qeydə alınıb.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər yaralanıb.  Yaralılardan birinin öldüyü iddia edilib, lakin dəqiq məlumat yoxdur.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və xilasetmə qrupları cəlb edilib.

Fidan
Milli.Az