Pensiyalar tam ödəniləcək - Bu tarixdə

22 Sentyabr 2025 14:56

Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Milli.Az