“Putin bu gün vacib açıqlamalar verəcək”

22 Sentyabr 2025 14:52

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 

Peskov açıqlamaların mövzularını açıqlamayıb. Onun sözlərinə görə, iclas zamanı Rusiya lideri bir neçə vacib açıqlama verəcək. 

Toplantının günortadan sonra baş tutacağı gözlənilir.

Milli.Az