Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın iki Be-12 "Çayka" amfibiya təyyarəsini vurub.
Milli.Az xəbər verir ki, əməliyyat sentyabrın 21-də Krımda Ukraynanın "Kabuslar" bölməsinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
Həmçinin, Rusiyaya məxsus Mi-8 çoxməqsədli helikopteri də vurulub.
Qeyd edək ki, Be-12 təyyarələri sualtı qayıqları aşkarlamaq və onlarla mübarizə aparmaq üçün yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmişdi. Onların məhv edilməsi Rusiyanın Qara və Azov dənizlərində nəzarət qabiliyyətinə ciddi zərbə vurur.
Fidan
Milli.Az