Tramp uşaqlıq arzusundan danışdı

22 Sentyabr 2025 10:09

ABŞ Prezidenti Donald Tramp uşaqlıq arzusunu açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bu haqda "Fox News"a verdiyi müsahibədə danışıb.

O, uşaqlıqda İtaliyanın "Ferrari" avtomobilinə sahib olmaq istədiyini açıqlayıb.ABŞ lideri indi ancaq Amerika avtomobillərini bəyəndiyini bildirib.

"Bu qəribə görünə bilər: Mən həmişə "Ferrari" istəmişəm. Bir müddət "Ferrari"yə sahib idim. İndi isə ABŞ avtomobilləri alıram", - o qeyd edib.

Fidan
Milli.Az