Millimiz güləş üzrə dünya çempionatına ikinci oldu - FOTO

21 Sentyabr 2025 23:38

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.

Milli.Az