"Fənərbağça"nın yeni prezidenti Saadettin Saran oldu YENİLƏNİB

21 Sentyabr 2025 21:25

"Fənərbağça"nın yeni prezidenti Sadettin Saran seçilib. O, hazırkı prezident Ali Koç üzərində 257 səs fərqi ilə qalib gəlib.

Ümumilikdə 24 min 800 nəfər səs verib. Nəticə etibarilə Sadettin Saran 12084 səs, Ali Koç 11853 səs toplayıb.

Bununla da Ali Koçun 7 illik prezidentlik dövrü başa çatıb.

-----------

Fənərbağça klubunun səsvermə prosesi tamamlanıb və hazırda səslərin sayılmasına başlanılıb.

Bu gün səhər saat 10:00-da başlayan seçkidə mövcud prezident Ali Koç və iş adamı Sadettin Saran klub rəhbərliyi uğrunda yarışır.

Səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Ümumi yığıncaqda 49 min 268 üzvün səsvermə hüququ var idi.

Fənərbağçanın Yüksək Divan Qurulu sədri Şekip Mosturoğlu, seçkilərdə iştirakın  olduğunu açıqlayıb.

Ümumilikdə 24 min 800 nəfər səs verib. Hazırkı nəticə etibarilə Sadettin Saran 9017 səs, Ali Koç 8822 səs toplayıb.

Lalə Qüdrətova
Milli.Az