Formula 2: Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi - YENİLƏNİB

21 Sentyabr 2025 12:05

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başa çatıb.

Milli.Az xəbər verir ki, "Dams Lucas Oil" komandasının amerikalı pilotu Cek Krouford yarışın qalibi olub. 

Xatırladaq ki, sıralama turunda "Dams Lucas Oil" komandasının amerikalı pilotu Cek Krouford birinci, "İnvicta Racing"in üzvü italiyalı Leonardo Fornaroli ikinci, "Prema Racing"dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

xxx

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza olub.

Bolidlərdən biri səddə dəyib.

"Trident" komandasından Martinius Stenşorn uğursuzluqla üzləşib. Onun avtomobili trasdan götürülüb.

xxx

Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış start götürüb.

Milli.Az xəbər verir ki, mübarizədə 11 komanda və 22 sürücü iştirak edir.

Sıralama turunda "Dams Lucas Oil" komandasının Cek Krouford pilotu Cek Krouford birinci, "İnvicta Racing"in üzvü italiyalı Leonardo Fornaroli ikinci, "Prema Racing"dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Milli.Az