AB Rusiya neftinin "dostluq yolunu" kəsməyə hazırlaşır

21 Sentyabr 2025 13:06

Avropa Birliyi, Rusiya yanacağının Macarıstan və Slovakiyaya tədarükünü təmin edən "Drujba" (Dostluq) neft kəmərinə qarşı məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

Bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

Mənbələrə əsasən, planlaşdırılan məhdudiyyətlər AB-nin hazırladığı 19-cu sanksiyalar paketinə daxil edilməyəcək. Bunun əvəzinə, sözügedən qərarın ayrıca, müstəqil şəkildə həyata keçirilməsi gözlənilir.

Təklif olunan məhdudiyyət, xüsusilə Rusiyadan enerji asılılığı az olan ölkələrin təzyiqləri fonunda gündəmə gəlib. Məhdudiyyətin qəbul olunacağı təqdirdə Macarıstan və Slovakiya üçün enerji təchizatında ciddi dəyişikliklər baş verə bilər.

Kənan
Milli.Az