Naxçıvanda avtobus dərəyə aşdı - 15-dən çox yaralı var - YENİLƏNİB - FOTO

20 Sentyabr 2025 18:04

Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.

Milli.Az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Naxçıvan MR Səhiyyə Nazirliyindən bildirilib ki, Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə 16 nəfər xəstə yerləşdirilib.

"Onların vəziyyətinin ağırlıq dərəcəsi hazırda müəyyənləşdirilir"- əlavə edilib.

Milli.Az