Adnan Əhmədzadə həbs olundu

20 Sentyabr 2025 14:01

Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Trend-in əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, A.Əhmədzadə SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini çalışıb.

Milli.Az