Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində xüsusi konsert proqramı təqdim olunub.
Konsert proqramına Gəncə Dövlət Filarmoniyasının direktoru bəstəkar Xalq artisti Aygün Səməd-Zadə çıxış edərək tədbiri açıb. Ardınca Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi Hüseynova Gülər söz alıb. Tədbirdə xalq çalğı alətləri orkestri proqram üzrə ifa edib, orkestrin bədii rəhbəri və dirijoru Xəyal Qəhrəmanov olub.
İfa olunan əsərlər Üzeyir Hacıbəylinin klassik və müasir musiqi nümunələri, həmçinin Azərbaycan milli musiqi irsi yer alıb.
Festival çərçivəsində təşkil olunan bu tədbir, həm yerli, həm də beynəlxalq səviyyədə musiqi və mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib.
Milli.Az