ABŞ-də helikopter qəzaya uğradı - 4 hərbçi öldü

20 Sentyabr 2025 10:37

"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatında qəzaya uğraması nəticəsində ABŞ ordusunun 4 əsgəri həlak olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qəza çərşənbə axşamı saat 21:00 radələrində Lewis-McChord Birgə Bazasının yaxınlığındakı kənd ərazisində baş verib.

Bildirilib ki, qəza adi təlim missiyası zamanı baş verib.

Ordudan verilən məlumata görə, həlak olduğu güman edilən hərbçilər 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayına (Hava-Desant) təyin olunmuşdular. 

Qəzanın səbəbi araşdırılır. Hərbçilərin adları hələlik açıqlanmır.

Milli.Az