Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var

20 Sentyabr 2025 09:37

Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib. 

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb, 2 nəfər həlak olub.

Qəzadan sonra bölgədə fövqəladə vəziyyət elan olunub.

Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sentyabrın 19-da Uzaq Şərq dəmir yolunun Belenkaya-Fedoseyev sahəsində qatar sökülməkdə olan yol hissəsinə daxil olaraq buldozerlə toqquşub. Nəticədə iki düz vaqon və rels kranı relsdən çıxıb.

Qəza zamanı vaqonlarda olan 2 nəfərdən biri hadisə yerində həlak olub, digəri isə xəstəxanada dünyasını dəyişib. Ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicə alır.

Fidan
Milli.Az