İstanbul Boğazında axşam saatlarında təhlükəli hadisə yaşanıb.
Üsküdar sahillərində sərnişin daşıyan "Kamil Sayın" adlı gəmi ilə Panama bayraqlı "Artvin" adlı quru yük gəmisi toqquşub. Qəza nəticəsində 12 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları ilə yanaşı, Kıyı Emniyyeti Genel Müdürlüğünə məxsus KEGM-3 və KEGM-4 xilasetmə katerləri göndərilib.
Yaralılardan 8-nin vəziyyətinin yaxşı olduğu qeyd olunub.
Qəza ilə bağlı Anadolu Cumhuriyyət Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Hadisəyə görə hər iki gəminin kapitanı saxlanılıb və onların sabah məhkəməyə çıxarılacağı gözlənilir.
Lalə Qüdrətova
Milli.Az