Fenerbahçədən ayrıldıqdan sonra "Benfika" ilə anlaşan məşqçi Joze Mourinyonun müqavilə detalları üzə çıxıb. Klub rəhbərliyi müqaviləyə xüsusi bir maddə əlavə edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 2025-26 mövsümünün son oyunundan sonra 10 gün ərzində həm Benfika, həm də Mourinyo müqaviləni birtərəfli ləğv etmək hüququna sahib olacaq. Bu maddə ilə həm klub, həm də portuqaliyalı məşqçi gələcəklə bağlı qərarını mövsümün sonunda verəcək.
Portuqaliya mətbuatının məlumatına əsasən, Mourinyo "Benfika"dan illik 6 milyon avro maaş alacaq. Bundan əlavə, müqaviləyə müxtəlif uğur bonusları da daxil edilib.
Xatırladaq ki, Mourinyo 2000-ci ildə ilk dəfə "Benfika"nın əsas komandasına başçılıq etmişdi. 24 ildən sonra yenidən qırmızı-ağların başına keçən məşqçi bu dəfə fərqli bir hekayə yazmağı hədəfləyir.
Lalə Qüdrətova
Milli.Az