"Qremmi" mükafatı laureatı müğənni və bəstəkar Brett Ceyms Şimali Karolina ştatında təyyarə qəzasında həlak olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Cirrus SR22T" tipli kiçik təyyarə uçuş zamanı qəfil nasazlıq nəticəsində hava limanının yaxınlığındakı sahəyə düşüb.
Qəzada Brett James ilə birlikdə həyat yoldaşı Melody Wilson və ögey qızı Meryl Maxwell Wilson da həyatını itirib.
Brett James (tam adı Brett James Cornelius) 1968-ci il iyunun 5-də Missurinin Kolumbiya şəhərində anadan olub. O, 2006-cı ildə Carrie Underwood-un ifa etdiyi və Billboard-un siyahısında 6 həftə zirvədə qalan "Jesus, Take the Wheel" mahnısına görə "Grammy" mükafatına layiq görülüb. 2006 və 2010-cu illərdə ASCAP tərəfindən "İlin Kantri Müəllifi" seçilib.
James həmçinin Tim McGraw, Faith Hill, Kenny Chesney kimi kantri ulduzları ilə yanaşı, Taylor Swift, Backstreet Boys, Jessica Simpson və Bon Jovi kimi pop ifaçıları üçün də mahnılar yazıb.
Təyyarənin əvvəlcə Nashville şəhərindən havaya qalxdığı, Franklin yaxınlığında bir neçə dövrə vurduğu və sonda uçuş-enmə zolağının kənarında qəzaya uğradığı bildirilir.
Lalə Qüdrətova
Milli.Az