Rusiyada daha bir güclü zəlzələ oldu

19 Sentyabr 2025 16:30

Rusiyanın Kamçatka şəhərində 5.5 bal gücündə daha bir güclü zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, təkanlar Petropavlovsk - Kamçatskidən 181 km aralıda baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Kamçatkanın şərq sahilində də 7,7 bal gücündə zəlzələ qeydə alınmışdı.

Milli.Az