"Ferrari"nin 7 qat dünya çempionu olan pilotu Lyuis Hemilton açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, bütün avtomobil kolleksiyanı satdığını deyən pilot maraqlı etiraf edib.
"Bütün avtomobil kolleksiyamı satmışam. Onun əvəzinə incəsənət kolleksiyası toplamağı üstün tuturam. Əgər bir avtomobilim olsa idi, bu, Ferrari F40 olardı. Rəqiblərimdən ən güclüsünə gəldikdə isə heç birini ayırmıram. Hər birin böyük hörmətim var. Birini məğlub etmək digərindən daha fərqli deyil. Hər çempionluq müxtəlif sınaqlardan keçir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Tural
Milli.Az