"Formula-1": "Maklaren" pilotu ən yaxşı nəticə göstərib - YENİLƏNİB

19 Sentyabr 2025 13:48

13:48

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

Milli.Az xəbər verir ki, "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

13:22

"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.

Milli.Az xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.

13:03

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

Milli.Az xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb.

Tras təmizləndikdən sonra yürüş davam edəcək.

12:31

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başladı.

Milli.Az xəbər verir ki,  mübarizəyə saat 12:30-da start verilib.

İkinci sərbəst yürüşün başlama vaxtı isə saat 16:00-dır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Tural
Milli.Az