Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib - YENİLƏNİB

19 Sentyabr 2025 13:06

13:06

Milli Məclisdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirilib.

Milli.Az xəbər verir ki, konfrans Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilib. Konfransada Milli Məclisin komitə sədrləri, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər dövlət qurumlarının rəsmiləri çıxış ediblər.

10:27

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir.

Milli.Az xəbər verir ki, konfrans Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilir.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.

Milli.Az