10:52
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş yekunlaşıb.
"Hıtech TGR" komandasında çıxış edən Luke Brouning ən yaxşı nəticəni göstərib.
"Art Grand Prix"dən Viktor Martins ikinci, "Hıtech TGR" komandasından daha bir pilot isə Dino Beqanoviç üçüncü olub.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
10:04
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.
Milli.Az xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Milli.Az