Türkiyədə fəlakətlərə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni dövlət qurumunun yaradılması istiqamətində addımlar atılır.
Milli.Az xəbər verir ki, rəsmi məlumatlara görə, mövcud 17 nazirliyə əlavə olaraq Fəlakət Nazirliyi təsis ediləcək.
Zəlzələlərə meylli ölkə olan Türkiyə bu yeni nazirlik vasitəsilə fəlakətlərə cavab vermək üçün daha çevik və güclü institusional sistem qurmağı hədəfləyir. Nazirlik bələdiyyə yanğınsöndürmə idarələrini birləşdirəcək, normativ aktların yenilənməsini sürətləndirəcək, texniki heyət üçün mütəmadi təlimlər təşkil edəcək və ölkə üzrə maddi-texniki təchizat anbarları yaradacaq.
Yeni nazirliyin əsas vəzifələri yalnız fövqəladə hallara cavab tədbirləri ilə məhdudlaşmayacaq. O, həm də sənaye, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələr üçün fəlakətlərə davamlılıq strategiyaları hazırlayacaq.
Fidan
Milli.Az