Ekranlı ilk ağıllı eynək təqdim olundu - VİDEO - FOTO

18 Sentyabr 2025 23:35

Metanın rəhbəri Mark Zukerberq şirkətin ən son texnoloji yeniliklərini təqdim edib. Tədbirdə üç yeni ağıllı eynək modeli ictimaiyyətə tanıdılıb, həmçinin Quest cihazları üçün yeni əyləncə platforması elan olunub.

Milli.Az xəbər verir ki, təqdim olunan əsas yenilik süni intellektlə işləyən "Meta Ray-Ban Display" eynəkdir. Bu cihazın bir linzasında yüksək dəqiqlikli displey yerləşdirilib. Eynəklər vasitəsilə zənglərə cavab vermək, mesajları oxumaq və daxil edilmiş 12 meqapiksellik kameradan istifadə etmək mümkündür. Eynəkdəki ekran isə video və ya mesaj istifadə olunmadıqda yox olur.

Eynəyin satışına sentyabr sonunda başlanacaq və qiyməti 799 ABŞ dolları olacaq. Bu isə əvvəlki "Meta" modelləri ilə müqayisədə xeyli bahadır.

Digər bir yenilik isə eynəklərlə sinxron işləyən neyro bilərzikdir. Bu bilərzik sadə əl hərəkətləri ilə cihazı idarə etməyə, məsələn, mesaj göndərməyə, səhifəni dəyişməyə imkan verir.

Ray-Ban Meta "Gen 2"

İkinci nəsil Ray-Ban Meta eynəkləri 8 saata qədər batareya ömrü ilə fərqlənir.

12 MP kamera, 3K Ultra HD video, 60 FPS və HDR dəstəyi.

32 GB yaddaş, əlavə 48 saatlıq enerji verən çanta ilə təqdim olunur.

Qiymət: 379 dollar.

Oakley Meta Vanguard

Xüsusilə idmançılar üçün hazırlanıb.

122° bucaq kamerası, video sabitləşdirmə və müxtəlif mühitlərə davamlı batareya.

Strava və Garmin inteqrasiyası.

Qiymət: 499 dollar, satış tarixi 21 oktyabr.

Meta Ray-Ban Display

Meta-nın ilk AR (artırılmış reallıq) eynəyi.

HUD ekranı vasitəsilə mətnlər, AI köməkçi komandaları, naviqasiya və video zəngləri göstərir.

EMG qolbağı ilə idarə olunur, mətn yazmaq da mümkündür.

Qiymət: 799 dollar, satış 30 sentyabrdan ABŞ-da, gələn ildən isə Kanada, Fransa, İtaliya və Birləşmiş Krallıqda başlayacaq.

Horizon TV

Meta Quest cihazları üçün yeni əyləncə platforması.

Disney+, Prime Video, Peacock və digər axın xidmətlərini vahid interfeys üzərindən izləməyə imkan verəcək.

Lalə Qüdrətova
Milli.Az