Boşanmağa hazırlaşırlar? - Varidatını dəyər-dəyməzinə satır

19 Sentyabr 2025 00:32

Məşhur türkiyəli aktyor Burak Özçivitin lüks avtomobillərini və evlərini satışa çıxarması ilə bağlı iddia var. Xüsusilə Sapancadakı xüsusi villasını da satmağı "boşanmağa hazırlıq, yoxsa xaricə köç planımı?" suallarını gündəmə gətirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, Özçivit Rolls-Royce da daxil olmaqla bir neçə avtomobilini zərərinə satıb. Məsələn, 22 milyon lirəyə aldığı maşını cəmi 14 milyona verib.

Aktyor təkcə avtomobillərini deyil, Acarkentdəki iki evini də satışa çıxarıb. Onun "makler" vasitəsilə deyil, birbaşa tanışlarına zəng edərək "münasib qiymətə alarsınız?" sualını verdiyi irəli sürülür. Bu addım "təcili satış" kimi şərh olunub.

Məlumatlara görə, Özçivitin Şile və ya Sapancada inşa etdirdiyi, böyük qapalı qarajı olan xüsusi evi də satışa çıxarılıb. Bu isə aktyorun yalnız yaşadığı evləri deyil, ən dəyərli sərmayələrini də satmağa başladığı fikrini gücləndirib.

Jurnalist Mehmet Üstündağ iddia edir ki, Özçivitin bütün var-dövlətini qısa müddətdə pula çevirməsi boşanma hazırlığı ola bilər. Onun sözlərinə görə: "Hər şeyini satıb nağd pula çevirir. Bu, mal paylaşımının işarəsi ola bilər."

Digər ehtimal isə xaricə köçməkdir. İddialara əsasən, Dubai, Qətər, hətta İraqda yaşamaq planları gündəmdədir. Çünki Burak Özçivitin Orta Şərqdə çox böyük fanat kütləsi var.

Eyni vaxtda, həyat yoldaşı Fahriye Evcen uzun fasilədən sonra reklam layihələrinə geri dönüb. Aktrisanın bir təhsil qurumu ilə 1 milyon dollarlıq üç aylıq sosial media müqaviləsi imzalaması "karyerasında yeni bir səhifə" kimi dəyərləndirilib.

Lalə Qüdrətova
Milli.Az