Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk dəfə

18 Sentyabr 2025 20:00

Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ABŞ-yə rəsmi səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Suriyanın "Al-Ikhbaria" telekanalı yayıb. 

Şibani və onu müşayiət edən nümayəndə heyəti hazırda Vaşinqtondadır. 

Bu, Suriya xarici işlər nazirinin 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq.

Fidan
Milli.Az