Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-da açdıqları difamasiya iddiası çərçivəsində Bricitin qadın olduğunu sübut etmək üçün fotolar və elmi dəlillər təqdim etməyə hazırlaşırlar.
Milli.Az xəbər verir ki, iddia sağçı bloger Candace Owensin Bricit Makronun kişi olduğunu iddia etməsindən qaynaqlanır. Makronun vəkili Tom Clare bildirib ki, ittihamlar Bricitini "çox narahat edib" və prezidentin diqqətini yayındırıb. Onlar elmi ekspertiza və şəxsi sübutlarla iddiaların yalan olduğunu nümayiş etdirəcəklər.
Owens isə məhkəmənin Delaware ştatında açılmasının düzgün olmadığını iddia edərək iddianın ləğv olunmasını tələb edib.
Fidan
Milli.Az