FİFA Ukrayna klubuna transfer qadağası qoydu

18 Sentyabr 2025 12:00

FIFA Ukraynanın "Vorskla" klubuna transfer qadağası tətbiq edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qərar barədə ali futbol qurumu rəsmi açıqlama yayıb. Məhdudiyyət sentyabrın 16-dan qüvvəyə minib və ardıcıl üç transfer pəncərəsini əhatə edəcək.

Qadağaya səbəb klubun futbolçular qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi göstərilib.

Qeyd edək ki, hazırda "Vorskla" Ukrayna 1-ci Liqasının turnir cədvəlində 8 xalla 7-ci yerdə qərarlaşıb.

Tural
Milli.Az