ABŞ Mərkəzi Bankı (FED) sentyabr ayı üçün gözlənilən faiz qərarını elan edib. FED, siyasət faizini 25 baza bəndi azaldaraq 4,00-4,25% aralığına endirib. Bank sonuncu dəfə 2024-cü ilin 18 dekabrında eyni ölçüdə faiz azaldaraq 4,25-4,50% səviyyəsinə çəkmişdi.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qərardan əvvəl 3 687 dollar olan qızılın uns qiyməti, qərarın elanından sonra 3 744 dollar həddini keçib və yeni rekord vurub.
Dollar indeksi qərardan əvvəl 96,72 səviyyəsində idisə, faiz endirimi ilə birlikdə 96,21-ə geriləyib.
Avro/dollar məzənnəsi qərardan öncə 1,18 civarında idi. Qərardan sonra 1,19-a yüksəlib.
Milli.Az xəbər verir ki, bu qiymətli metalın qiyməti bir unsiya üçün 3 744 dollar həddini keçib və yeni rekord vurub.
Lalə Qüdrətova
Milli.Az