Gəncədə zəncirvari qəza - xəsarət alanlar var

18 Sentyabr 2025 00:24

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az