Formula 1 Azərbaycan Qran-prisinə hazırlıq prosesi yekunlaşdı - VİDEO

17 Sentyabr 2025 15:35

Formula 1 Azərbaycan Qran-prisinə hazırlıq işləri yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə yarışın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər halqasında keçiriləcək mötəbər idman tədbiri üçün bütün texniki və təşkilati işlər görülüb. Şəhərin mərkəzi küçələrində trek qruulub, təhlükəsizlik baryerləri, tribunalar və digər infrastruktur elementləri quraşdırılıb.

Qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində baş tutacaq. 

İdmansevərlər üç gün ərzində möhtəşəm sürət mübarizəsinin şahidi olacaqlar.

Tural
Milli.Az