Pomidor ürəyə xeyir imiş

23 Sentyabr 2025 06:06

Pomidor şirəsi ürək və damar sağlamlığı üçün önəmlidir.

Milli.Az xəbər verir ki, elm adamları gündəlik likopin tərkibli pomidor şirəsinin damarların daxili qatının fəaliyyətini yaxşılaşdırdığını müəyyən ediblər.

Nəticələr "Food & Function" (F&F) jurnalında dərc olunub.

40-64 yaş arasında 72 iştirakçıya 12 həftə boyunca likopinsiz plasebo ( tibbdə və tədqiqatlarda istifadə olunan "saxta dərman" və ya "təqlid müalicə"dir. Yəni plasebo özü aktiv təsir göstərən maddə daşımır, amma xəstələr ona real dərman kimi baxırlar ) və ya 15 milliqram, ya da 26,7 milliqram likopinli pomidor şirəsi verilib.

Nəticələr göstərib ki, 12-ci həftədə FMD hər iki pomidor qrupu üçün əhəmiyyətli dərəcədə yüksəlib (müvafiq olaraq 6,1 və 7,0 faiz, plasebo qrupunda 5,4 faiz). Daha yüksək doza ilə effekt artıq 4-cü həftədə nəzərə çarpıb. Qan səviyyəsində likopin artıb, lakin oksidləşmə stresi və azot birləşmələrinin markerləri əhəmiyyətli dərəcədə dəyişməyib - dəqiq mexanizm hələ məlum deyil.

Tədqiqat sağlam, lakin sərhəd FMD göstəricilərinə malik iştirakçılar üzərində aparıldığından nəticələri birbaşa ürək-damar xəstələrinə tətbiq etmək olmaz. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, pomidor və likopin tərkibli məhsulların müntəzəm istehlakı damar sağlamlığı üçün faydalı ola bilər.

İsmayıl
Milli.Az