Yankoviçin durumu necədir?

17 Sentyabr 2025 12:30

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhəlısinin ilk turunda "Benfika" ilə keçirilən oyunda zədələnən futbolçusu Marko Yankoviçin durumundan danışıb.

Milli.Az xəbər verir ki, o, Bakıya qayıtdıqdan sonra jurnalistlərə müsahibəsində deyib ki, monteneqrolu yarımmüdafiəçinin durumu ciddi deyil. 

"Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Həm də yorğun olduğuna görə bir az ağrısı çox oldu. Ciddi bir şey olmamlıdır".

Xatırladaq ki, Yankoviç "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri matçın 77-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.

Milli.Az