Bakıda "Prado" sərnişin avtobusu ilə toqquşdu - ANBAAN VİDEO

16 Sentyabr 2025 23:17

Sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, qəza anının görüntüləri digər avtomobilin videoqeydiyyatçısına düşüb. Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Qəza Heydər Əliyev Sarayının yaxınlığında olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobil və avtobusa zərər dəyib.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az