Serialın baş rol aktyorunu süni intellektlə cavanlaşdırdılar - FOTO

16 Sentyabr 2025 20:45

Show TV-nin yeni iddialı serialı "Veliaht" ekranlarda maraqla izlənilir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serialda Zülfikâr Karslı obrazını canlandıran tanınmış aktyor Ercan Kesal, geriyə dönüş (flashback) səhnələrində də rol alıb. Xüsusi olaraq süni intellekt texnologiyası ilə gəncləşdirilən aktyorun görüntüləri tamaşaçılar tərəfindən bəyənilib. 

Serialda rollara daha yaxşı hazırlaşmaq üçün aktyorlar xüsusi dərslər alıblar.

Akın Akınözü (Timur) roluna hazırlaşmaq üçün sexdə işləyərək ustalıq bacarıqlarını öyrənib.

Serra Arıtürk (Reyhan) isə qənnadı sexində işləyərək şirniyyatçılıq təcrübəsinə yiyələnib.

Gələcək bölümlərdə yayımlanacaq sürpriz səhnə üçün hər iki aktyor rəqs dərsləri də alıb.

Serial həm texniki yenilikləri, həm də aktyorların obrazlarına göstərdiyi peşəkar yanaşma ilə diqqət mərkəzinə çevrilib.

Lalə Qüdrətova
Milli.Az