Deputat haqqında yayılan xəbəri təkzib etdi

16 Sentyabr 2025 18:27

Milli Məclisin deputatı Məlahət İbrahimqızının yıxılması və ayağının sınması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, modern.az məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb.

M.İbrahimqızı yayılan məlumatı təkzib edib.

"Bu, köhnə xəbərdir. Mənim sağlamlığım yerindədir, heç bir problemim də yoxdur. Hər gün də sizinlə danışıram, nəsə olsaydı, bilərdiniz", - deyə o, bildirib.

Milli.Az