“Qarabağ” “Benfika”ya 1:7 UDUZDU

16 Sentyabr 2025 16:40

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında səfərdə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla məğlub olub.

Milli.Az xəbər verir ki, Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.

Ağdam komandasının yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.

Milli.Az