Bu smayldan istifadə edənlər cərimələnə bilər - Rusiyada

16 Sentyabr 2025 14:15

Rusiyada kloun emojisi ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az-ın məlumatına görə hüquqşünaslar bildirib ki, messencerdə emojidən istifadə özü-özlüyündə cəriməyə səbəb olmur. Lakin əgər emojidən qarşı tərəfi təhqir etmək məqsədilə istifadə olunubsa, məsuliyyət yarana bilər.

Rusiya Hökumətinin Maliyyə Universitetinin dosenti İqor Semenovski deyib ki, belə hallarda məhkəmə sadə narazılığı və ya qarşı tərəfi təhqir etmək niyyətini ayırd etmək üçün (bütün yazışmanı qiymətləndirir.

Hüquq fakültəsinin dosenti Anna Berdnikova əlavə edib ki, cərimə üçün sübut olunmalıdır ki, emojidən istifadə qarşı tərəfi həqiqətən təhqir edib.

Həmçinin, zərərçəkmiş şəxsin mənəvi ziyanı kompensasiya etməsi üçün Rusiya Mülki Məcəlləsinin 151-ci maddəsi tətbiq oluna bilər.

İsmayıl
Milli.Az