"Deyirdilər ki, konsertdənsə, üzünü düzəltdir" - yenidən bıçaq altına yatacaq

16 Sentyabr 2025 14:02

Əməkdar artist Mətanət İsgəndərli yenidən cərrah bıçağı altına yatacaq.

Milli.Az xəbər verir ki, o, sənətçi bu barədə qonaq olduğu "Günə uğurla" verilişində danışıb. 

"Neçə ildir etmək istəyirdim, amma ürək etmirdim. Çox həyəcan keçirdirdim. Fikir edirdim ki, üzümü korlayarlar. Üz cizgilərimi çox sevmişəm. Allahın yaratdığını sevmək lazımdır. Heç kimə demək olmaz ki, kifirdi. Gənc bir həkimə etibar etdim. Təbii edilməsini istəyirdim. Həkim söz verdi ki, olduğunuz kimi qalacaqsınız, amma 20 il cavanlaşacaqsınız. Deyirdilər ki, konsertdənsə üzünü əməliyyat etdirdi. Amma konserti etmək arzum idi. Dedim ki, əməliyyat riskdir, arzum ürəyimdə getməyim".

Milli.Az