Kamçatka yaxınlığında güclü zəlzələ oldu

16 Sentyabr 2025 00:46

Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatsk şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı isə 25 kilometrdən çox dərinlikdə olub.

Məlumata görə, diyar sakinləri yeraltı təkanları hiss ediblər.

Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az