Polşa səmasında daha bir PUA vurulub

15 Sentyabr 2025 23:47

Polşa Dövlət Mühafizə Xidməti bu yaxınlarda hökumət binaları (Parkovaya küçəsi) və Belvedere sarayı üzərində fəaliyyət göstərən pilotsuz uçan aparatı zərərsizləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Belarusun iki vətəndaşı saxlanılıb.

Polis hadisənin səbəblərini araşdırır.

Milli.Az