Paşinyan: Məni “satqın” adlandırsalar da, bunu deməliyəm...

15 Sentyabr 2025 22:18

"Bu gün bizi "satqın" adlandırsalar da, bizim əməllərimiz nəticəsində 50 ildən, 100 ildən, 150 ildən sonra Ermənistan dövlət olacaq".

Milli.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bir ölkəni təhlükələrdən ancaq legitimlik sığortalaya bilər.

Ermənistan Baş naziri bu kontekstdə qonşularla normal münasibətlərin önəminə diqqət çəkib:

"Bizim vəzifəmiz dövlətimizin təhlükəsizliyini təkcə bu gün deyil, 100 il sonra da təmin edəcək qərarlar qəbul etməkdir. Mən bunu iki il əvvəl soruşurdum, indi soruşmuram, deyirəm ki, belə olacaq. Bu, ilk növbədə legitimlik strategiyasına görə olacaq", - o qeyd edib

Paşinyan əlavə edib ki, Ermənistan müstəqilliyi dövründə heç vaxt indiki qədər təhlükəsizliyə malik olmayıb. (Teleqraf)

Milli.Az