Hacı Murad Yengizarovun dəfn yeri açıqlandı

15 Sentyabr 2025 19:07

Xalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah - 15 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Milli.Az