Gəncədə sərnişin avtobusu ilə avtomobil toqquşdu - xəsarət alanlar var

15 Sentyabr 2025 18:34

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan minik maşını ilə 20 saylı xətt üzrə işləyən sərnişin avtobusu toqquşub.

Qəzada avtobusunda olan 2 nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az