Azərbaycan səhiyyəsinə ağır itki - FOTO

15 Sentyabr 2025 18:31

Azərbaycanın tanınmış həkim kardioloqu İlham Cəfərov vəfat edib.

Milli.Az xəbər verir ki, İlham Cəfərov 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, həkim 1948-ci ildə Qazax rayonunun Quşçu-Ayrım kəndində anadan olub.

1969-1974-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb, 1975-1977-ci illərdə hərbi həkim kimi fəaliyyət göstərib. Uzun müddət Sumqayıt şəhər 1nömrəli xəstəxanada həkim-kardioloq kimi işləyib. Daha sonra 2 nömrəli Sumqayıt şəhər xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin olunub.

1998-2018-ci illərdə kardiorevmatoloji şöbənin müdiri olub. Fəaliyyəti dövründə bir sıra təltiflərə layiq görülüb.

Allah rəhmət eləsin! (sumqayit24.az)

Milli.Az