Formula 1 Azərbaycan Qran-prisi ərzində 2 min könüllü fəaliyyət göstərəcək - FOTO

15 Sentyabr 2025 16:20

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün fəaliyyətə başlayan Uniforma və Akkreditasiya Mərkəzində 140-dən çox könüllü çalışır.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova açıqlama verib.

O, yarış üçün 31 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçdiyini söyləyib: 

"16 mini müsahibəyə çağırılıb və onlardan 2 minə yaxını Bakıdakı yarış üçün seçilib".

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədovanın sözlərinə görə, builki yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq məqsədilə qeydiyyatdan keçib.

"Bu şəxslərdən 16 mini müsahibəyə dəvət olunub və onların arasından təxminən 2 min nəfər Bakıdakı yarışda könüllü kimi iştirak etmək hüququ qazanıb", - deyə o bildirib.

Bildirək ki,  Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıqlar plan üzrə davam edir. Bu hazırlıqların mühüm mərhələlərindən biri olan Vahid Uniforma və Akkreditasiya Mərkəzi (UAC) artıq tam fəaliyyətə başlayıb. Mərkəz rəsmi olaraq 3 sentyabr tarixindən etibarən Milli Gimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal, təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.

Burada iştirakçılara yarış günlərində istifadə ediləcək akkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur. Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bütün zəruri şərait yaradılıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək paytaxt Bakıda keçiriləcək.

Tural
Milli.Az