43 mindən çox istifadəçi internetsiz qaldı

15 Sentyabr 2025 12:23

"Starlink" peyk internet xidmətində fasilə yaranıb.

Milli.Az xənər verir ki, bu barədə şirkət özünün saytında məlumat dərc edib.

Kəsinti səbəbilə 43 mindən çox istifadəçi internetsiz qalıb.

Xidmətdə fasilələr Ukraynada , ABŞ, İtaliya, Polşa və digər ölkələrdə də müşahidə olunub. Bu, son ayların ən böyük fasilələrindən biri hesab olunur. Hesabata görə, şikayət edənlərin 60%-i internet sürəti və funksionallığı ilə bağlı problemlər, 39%-i rabitənin tam kəsilməsi, 1%-i isə şəbəkəyə qoşulmaqda çətinlik çəkdiyini bildirib.

Starlink rəsmi saytında yayımlanan açıqlamada fasiləni təsdiqləyib. Bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər gedir.

Milli.Az