Xəzərdə zəlzələ oldu

15 Sentyabr 2025 08:50

Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata əsasən, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.

Milli.Az