“Kızılcık şerbeti” ilə bağlı araşdırma başladı - FOTO

14 Sentyabr 2025 22:37

Show TV-də yayımlanan məşhur "Kızılcık Şerbeti" serialının son bölümündə Doğa və Firazın gizli münasibətinin üzə çıxması sosial mediada böyük müzakirələrə və tənqidlərə səbəb olub. Tamaşaçılar sözügedən səhnələrlə bağlı RTÜK-ə (Radio və Televiziya Üst Qurumu) şikayətlər göndərib.

RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı açıqlama verərək, serial haqqında rəsmi araşdırma başlatıldığını bildirib.

Şahin bəyanatında bunları deyib:

"Ailə millətimizin ən möhkəm dayağıdır; adət-ənənələrimiz, milli və mənəvi dəyərlərimiz isə bizi bir-birimizə bağlayan ən güclü tellərdir. 2025-ci ilin 'Ailə İli' elan olunması da bu dəyərlərin dövlətimiz və millətimiz üçün əhəmiyyətinin açıq göstəricisidir. Ailəni hədəf alan hər yayım, yalnız ekranla məhdudlaşmır, övladlarımızın ruhuna, gənclərimizin gələcəyinə və cəmiyyətimizin huzuruna birbaşa təsir edir."

O, həmçinin qeyd edib ki, "Kızılcık Şerbeti" ilə bağlı ictimai reaksiyalar və RTÜK-ə daxil olan şikayətlər diqqətlə dəyərləndirilib və müvafiq addımların atılacağı vurğulanıb.

"Ailə dəyərlərinə zidd heç bir məzmuna laqeyd qalınmayacaq"

Şahin əlavə edib:

"Üst Qurul, xüsusilə 'Ailə İli' çərçivəsində, ailə quruluşumuza və cəmiyyətin dəyərlərinə zərər verə biləcək heç bir məzmuna biganə qalmayacaq, lazım olan bütün tədbirləri görəcəkdir."

Lalə Qüdrətova
Milli.Az